Cəmiyyət
Mərkəzi Neftçilər Xəstəxanasının təmirinə 2,86 milyon manat xərclənəcək
Mərkəzi Neftçilər Xəstəxanasının birinci mərtəbəsində rentgen kabinetlərinin, beşinci mərtəbəsində isə kardio-cərrahiyyə, invaziv radiologiya şöbələrinin əsaslı təmir edilməsi planlaşdırılır. Oxu.Az-ın məlumatına görə, qurum bununla bağlı tender elan edib. Qeyd edək ki, xəstəxana nəzərdə tutulan təmir işləri müqabilində 2 milyon 862 min 412 manat ödəyəcək. Rəşid Qarayev
Mənbə
oxu.az