Cəmiyyət
Bakıda 1,3 milyon manata məktəb tikiləcək
Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəb sökülərək yenidən tikiləcək. Oxu.Az-ın məlumatına görə, təhsil müəssisəsinin 528 şagird yerlik olması planlaşdırılır. Həmçinin yeni binanın tikintisinin əlavə işləri və mebel avadanlıqları ilə təchiz edilməsi layihəyə daxil olunub. Sözügedən məsələ ilə bağlı "Təhsilin İnkişafı Fondu" Publik Hüquqi Şəxsi tender elan edib və ilkin ehtimal olunan məbləğ 1 milyon 308 min 688 manatdır. Məlik Məlikov
Mənbə
oxu.az