Cəmiyyət
Bakıda günlərdir həll olunmayan problem: İsti su yola axır - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində günlərdir isti su yola axır. Oxu.Az xəbər verir ki, bununla bağlı sakinlərin narazılığını ifadə edən videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, artıq bir neçə gündür naməlum səbəbdən yola axan isti suyun qarşısı alınmır. Sakinlər qeyd edirlər ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən hələ də heç bir tədbir görülməyib. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib. Qeyd olunub ki, sözügedən ünvana Binəqədi Rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı ərazidə yüksək temperaturlu suyun axdığı müəyyən edilib: "Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə də məlumat verilib. Ərazidə müvafiq qazıntı işləri aparılacaq, axıntının hansı şəbəkədən qaynaqlandığı (istilik və ya içməli su xətti) dəqiqləşdirilərək aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək". Əzizə İsmayılova

Mənbə
oxu.az