Kriminal
Bakıda 82 yaşlı qadın küçədə öldü
Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib. Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır. Samir Əli
Mənbə
oxu.az