Cəmiyyət

Bakıda yeni marşrut xətti istifadəyə verilib

22 Feb 2026, 11:36 2 baxış
Bakıda yeni marşrut xətti istifadəyə verilib
214A nömrəli marşrut xətti istifadəyə verilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, AYNA tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib. Çoxsaylı müraciətlər nəzərə alınaraq, fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib. Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gediş haqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçirilir.
Bakıda yeni marşrut xətti istifadəyə verilib
Mənbə oxu.az

Oxşar Xəbərlər