Cəmiyyət

Paytaxtda dəmir yolunun ətrafında tikilmiş bəzi evlər sökülə bilər: Layihələndirmə işləri aparılır - VİDEO

22 Feb 2026, 01:32 2 baxış
Paytaxtda dəmir yolunun ətrafında tikilmiş bəzi evlər sökülə bilər: Layihələndirmə işləri aparılır - VİDEO
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində, dəmir yoluna yaxın tikilmiş evlərin söküləcəyi bildirilir. Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ərazinin plana düşəcəyini deyirlər.
Amma onlar evlərin nə vaxt və hansı şərtlərlə söküləcəyi barədə məlumata malik olmadıqlarını bildiriblər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hazırda ərazi üzrə layihələndirmə işləri aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər