Cəmiyyət
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində "WUF Akademiyası" fəaliyyətə başlayır
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində akademik araşdırma və tədqiqat fəaliyyət üçün nəzərdə tutulmuş WUF Akademiyası fəaliyyət göstərəcək. Oxu.Az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat yayılıb. Akademiya qlobal institutların iştirakı ilə 40-dan çox təlim sessiyasına, alimlərin və təcrübəçilərin qatılacağı yüksəksəviyyəli dəyirmi masalara, eləcə də bilik mübadiləsi və innovasiya üçün yaradılmış "WUF Kampusu"na ev sahibliyi edəcək. "WUF Akademiyası" adekvat mənzil sahəsində tədqiqat, bilik və potensialın artırılmasına əsaslanan tərəfdaşlıqların inkişafını hədəfləyir. "WUF Kampusu" universitetlər, alim və tədqiqatçıların bir araya gələrək qabaqcıl təcrübələrini paylaşdığı, altı əsas mənzil dialoqu üzrə gələcək prioritetlərin müzakirə edildiyi açıq platforma olacaq. Burada iştirakçılar qısa mühazirələr və tematik müzakirələr vasitəsilə qlobal mənzil təşəbbüslərinə töhfə verə biləcəklər", - məlumatda deyilir. "WUF Akademiyası"nda qısa mühazirə ilə çıxış etmək üçün son müraciət tarixi 15 mart, "Urban Expo" çərçivəsində stend əldə etmək üçün isə 31 martdır. Müraciət forması: https://forms.office.com/e/PLhQgESVRJ
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az