Cəmiyyət

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

21 Feb 2026, 22:00 2 baxış
Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları
Sabah ramazan ayının dördüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 22-də imsak vaxtı saat 06:00-da, iftar vaxtı isə saat 18:38-dədir. Fevralın 22-si üçün namaz vaxtları:
Sübh azanı 06:05
Zöhr azanı 12:54
Əsr azanı 16:41
Məğrib azanı 18:38
İşa azanı 19:38
Dördüncü günün imsak duasını təqdim edirik: "Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin". Tərcüməsi: "İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!" İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli". Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" Allah orucunuzu qəbul eləsin!
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər