Cəmiyyət

Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

21 Feb 2026, 15:02 2 baxış
Son yeddi ildə Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb
2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfindən 829 uşaq övladlığa verilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, onlardan 410-u qız, 419-u oğlandır. Himayədar ailələrə verilən uşaqların sayı isə 44-ü qız, 34-ü oğlan olmaqla 78-ə çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər