Cəmiyyət

Cəbrayılda açıq ərazidə yanğın oldu

21 Feb 2026, 13:20 2 baxış
Cəbrayılda açıq ərazidə yanğın oldu

Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.


Ətraf ərazilər yanğından mühafizə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər