Cəmiyyət
"İçərişəhər" qoruğu 50 tona yaxın heyvan yemi alır
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 50 tona yaxın kəpək, arpa və yonca alacaq. Oxu.Az-ın məlumatına görə, idarə bununla bağlı tender elan edib. Belə ki, idarə 3 400 kiloqram kəpək, 2 100 kiloqram arpa, 2 448 bağlama yonca (hər bağlama ən azı - 18 kq olmaqla), 50 kiloqram daş duz və 50 kiloqram mineral duz alacaq. Alınacaq yemlərin ümumi miqdarı 49 664 kiloqram edir. İdarə bunun üçün ümumilikdə 21 266.80 manat ödəməyi planlaşdırır. Rəşid Qarayev
Mənbə
oxu.az