Cəmiyyət

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı

20 Feb 2026, 17:38 2 baxış
Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Oxu.Az-a verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin emal prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb.
{{gallery}} "Saçaq pendiri"nin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər