Dünya

ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yollarını ayıra bilər

18 Feb 2026, 18:10 2 baxış
ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yollarını ayıra bilər
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bərpaolunan enerji mənbələrinin tətbiqi kursunu davam etdirərsə, ABŞ qurumdan ayrıla bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb. Qeyd olunub ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Fransa Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda deyib.
Nazir deyib ki, əgər məlumat verən agentliklərin əhəmiyyətli bir hissəsi özlərini bu cür solçu fantaziyalara həsr edirlərsə, bu, onların missiyasını yalnız təhrif edə bilər: "Biz "sıfır karbon" ssenarisini istəmirik. Bu, qeyri-real və həyata keçirilməsi mümkün olmayan bir yanaşmadır".
ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yollarını ayıra bilər
Mənbə oxu.az

Oxşar Xəbərlər