Dünya
Almaniya nüvə silahı əldə etmək niyyətindədir? - Kansler açıqladı
Almaniya kansleri Fridrix Merts Avropanın nüvə silahından çəkindirmə siyasətini müzakirə etməyə hazır olduğunu bildirib. Oxu.Az-ın xəbərinə görə, o, bu barədə "Machtwechsel" podkastında danışıb. Fridrix Merts vurğulayıb ki, Almaniya öz nüvə silahına sahib olmaq niyyətində deyil. "İstəyirəm ki, biz fransalıların təklifini heç olmasa müzakirə edək. Nəticədə bundan bir şey çıxacaqmı, bilmirəm. Amma hesab edirəm ki, Fransa hökumətinin belə bir təklifini bu dövrdə sadəcə nəzərdən keçirmədən gözardı etmək olmaz", - deyə Merts qeyd edib. Kansler vurğulayıb ki, Almaniya "2+4" müqaviləsi, eləcə də nüvə silahının yayılmaması ilə bağlı digər sənədlərə sadiq qaldığını deyib. O, ölkəsinin mövcud beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirdiyini qeyd edib.
Mənbə
oxu.az