Dünya

Filippində bərə qəzasında ölənlərin sayı 62 nəfərə çatdı

18 Feb 2026, 14:52 2 baxış
Filippində bərə qəzasında ölənlərin sayı 62 nəfərə çatdı
Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "Manila Bulletin" nəşri məlumat yayıb. Məlumata görə, hadisədən sağ çıxan sərnişinlərin sayı 293 nəfərdir. On yeddi nəfər hələ də itkin düşmüş hesab olunur. Axtarış əməliyyatları davam etdirilir. Daha əvvəl 51 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Qeyd edək ki, bərə yanvarın 26-da səhər saatlarında batıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər