Dünya
Döyüşçü ər-arvadın ACI HƏYAT HEKAYƏSİ - Barrikadadan əsirliyə
- Siz tərəfdə hər şey qaydasındadır? - Bəli, hər şey yaxşıdır. - Başqa işiniz yoxdursa şəhərə çıxa bilərsiniz? - Nə üçün deyirsiniz? - Biz Obolon istiqamətinə gedirik, ruslar da oraya yaxınlaşıb. İndi orada gərgin vəziyyət yaranıb. Düşündüm ki, sizə maraqlı olar. - Bəli, gedə bilərəm, yaxşı olardı. - Yarım saat sonra gəlirəm, hazırlaşın. - Oldu. 2022-ci ilin mart ayının ortaları idi. Kiyevi qəfil üzük qaşı kimi əhatəyə alan Rusiya ordusu hər tərəfdən şəhərə girməyə çalışırdı. Müdafiə dəstələri daha çox vaxt qazanmaq istəyirdi. Onlar mülki geyimdə idi. Çünki həmin vaxt Kiyevdə şəhərin müdafiəsi üçün mülki ukraynalılara silahlar paylanmışdı. Bu, daha çox təhlükəli hal idi. Çünki ruslar və ukraynalılar zahirən bir-birilərindən çox fərqlənmədiyi üçün onları ayırd etmək mümkün olmurdu... Mənə zəng edən Kiyev ərazi müdafiə dəstəsindən Petro idi. Həmin vaxt səfirliyimiz və diasporumuz tamamən Ukrayna paytaxtını tərk etmişdi, əlaqə qurmaq mümkün deyildi. Çəkilişləri də davam etdirməli idim. Buna görə də ukraynalı tanışlar vasitəsi ilə yerli tabordan avtomobil və təhlükəsizlik üçün bələdçi tapırdım. Petro da onlardan biri idi. Həmin gün gecədən səhərə qədər şəhərə soxulmuş diversiya qrupları ilə gedən küçə döyüşləri artıq səngisə də ara-sıra atışma səsləri gəlirdi. Obolon Kiyevin şimalına doğru şəhərin ən böyük rayonudur. Belarus istiqamətindən daxil olaraq Buçanı, Hostomeli, Vrozeli tutub ardınca İrpenə girən Rusiya ordusu şəhərin bu rayonunu həm artilleriya zərbəsi, həm də diversiya müdaxilələri ilə hədəfə almışdı. Buranı da qoruyan daha çox yerli əhalidən təşkil olunan özünümüdafiə taborları idi. O vaxt indikindən fərqli olaraq mülki sakinlərdə ruh yüksəkliyi var idi. Əraziyə çatanda ilk müşahidəmiz: cəmi bir ay əvvəl salamat olan yaraşıqlı "Retrovill mall"ı necə vurmuşdularsa, tamamilə yanıb kül olmuşdu. Burada çəkilişləri bitirib, yaxınlıqdakı yol boyu barrikadalara yaxınlaşmaq istəyəndə Petro israrla dedi: "Daha gedək, buralar çox təhlükəlidir. Sizin sağ qalmanıza mən başımla cavabdehəm, xahiş edirəm, məni çox riskə atmayın".
Maşına minib tərpənmişdik ki, yolun kənarındakı barrikada-postların birində qadınlı-kişili mülki silahlıları müşahidə etdim. Bu görüntü o qədər cəlbedici oldu ki, Petrodan təkidlə buraxa heç olmasa 10-15 dəqiqəlik dayanmağımızı istədim. Razılaşdı. Maşından düşüb, onlara yaxınlaşaraq özümü təqdim etdim. Məlum oldu ki, bu şəxslər ətraf məhəllənin sakinləridir, silahlanıb özünümüdafiə qüvvələrinə üzv olublar və postlara çıxırlar. Aralarındakı bir qadın və bir kişi daha çox diqqətimi çəkdi. Çünki bir-birini tez-tez qucaqlayıb nəvaziş göstərirdilər. Onları söhbətə tutdum: - Siz də buralısınız? Sualıma kişidən əvvəl yanındakı 30-35 yaşlı qadın cavab verdi: - Bəli, Obolonda yaşayırıq. - Ərinizdir? - Bəli. - Sizin üçün təhlükəli deyil? - Yatdığımız yerdə öldürülmdəkdən daha təhlükəli olmayacaq ki. Hamı kimi şəhərimizi qorumalıyıq. - Adınız nədir? - Olqa. Məlum oldu ki, Olqa əri Yuri ilə ilk gündən, yəni elə 2022-ci il fevralın 24-dən müdafiəyə yazılıblar. Özü diş həkimi, əri Yuri isə şirkətlərin birində hüquqşünas işləyirmiş. 15 və 10 yaşlarında iki uşaqları var. Övladlarını evlərinin zirzəmisində qoyub posta gəliblər. Yanındakılar da qonşu binada yaşayan sakinlərdir. Növbə ilə postlara çıxırlar. Postdan qayıtdıqdan sonra isə hərbi poliqona gedib təlim keçirlər. Ümumilikdə, təxminən 40-50 nəfərlik dəstənin tən yarısı da qadınlardır. Hətta onların diversiya qrupları ilə döyüşləri də olub. Çəkilişlərimi bitirib, məni maşında gözləyən Petronun yanına qayıdıb, şəhərin mərkəzinə doğru yollandıq... Bundan üç ildən bir az çox vaxt keçdi. 2025-ci ilin yayı idi. Nəinki Ukrayna xalqı, dünya da artıq bu müharibədən yorulmuşdu. Maydanda növbəti süjetim üçün sorğu edirdim. Mövzu da danışıqlarda Ukraynanın Rusiyaya ərazi güzəşti ilə bağlı iddialara insanların mövqeyini öyrənmək idi...
Yan tərəfdən "Mən sizi tanıyıram" ifadəsini eşitdim. Çevrilib baxanda bu qadının kimliyini düşünməyə ehtiyac olmadı. Dərhal tanıdım, Olqa idi. Bu dəfə nəinki silahsız, bir qədər də kədərli idi. Heyrətlə məndən soruşdu: - Siz hələ də buradasınız? Sizi sağ görməyə çox şad oldum. - Çox sağ olun. Mən də sizi. Əriniz necədir? - Heç soruşmayın. Kiyevin ətrafı azad olunandan sonra onu və qonşu kişiləri orduya cəlb etdilər və başqa istiqamətdə cəbhəyə apardılar. Sonra əsir düşdü. Üç ildir əsirlikdədir, dəyişmirlər. Şəhərdə bu qədər gizlənən kişilər var. Sanki döyüşmək ancaq bizimkilərin alnına yazılıb, onların çiynindədir. Artıq yorulduq. Nə isə. Deməyə söz çoxdur. Amma mənası da yoxdur. İndi yeganə istəyim odur ki, ərim Yuri sağ-salamat evimizə dönsün. Məni daha başqa heç nə maraqlandırmır... Mübariz Aslanov

Mənbə
oxu.az