Dünya
Sülh üçün kritik mərhələ - Zelenski Putinə şəxsi görüş təklif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski komandasına Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. "Zelenski ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolunun Putinlə şəxsi görüş olduğunu bir daha vurğulayıb. O, komandasına Cenevrədə üçtərəfli görüşdə olan heyətə rəhbərlik səviyyəsində görüş təşkil etməyi tapşırdığını söyləyib", - deyə xəbərdə qeyd olunur. "Kreml dəfələrlə bildirib ki, əgər Zelenski Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək istəyirsə, Moskvaya gəlməli olacaq". Bunu yanvarın 28-də prezidentin köməkçisi Yuri Uşakov bildirib. Zelenski isə Rusiya paytaxtına getməkdən imtina edib. Ukrayna lideri "Axios"a verdiyi müsahibədə onu da bildirib ki, Ukrayna və Rusiya qüvvələri də eyni addımı atsalar, qoşunlarını Donbasdan çıxarmağa hazırdır. O, ərazilərin statusu məsələsinin referenduma çıxarılmasının mümkünlüyünü və sabit cəbhə xəttinin yaradılması variantının Ukrayna cəmiyyətində dəstək qazana biləcəyini vurğulayıb. Daha əvvəl "The Economist" jurnalı Cenevrə danışıqlarındakı Ukrayna nümayəndə heyətinin Rusiya ilə sülh müqaviləsi bağlamaq məsələsində fikir ayrılığı yaşadığını bildirmişdi: "Bir qanad ABŞ-nin himayəsi altında tez bir zamanda razılaşmanın tərəfdarıdır, digər qanad isə Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakla əlaqəlidir və buna o qədər də maraq göstərmir. Zelenskinin özü də guya bu mövqelər arasında tarazlıq saxlayır".
Mənbə
oxu.az