Dünya

ABŞ-də meşə yanğınları tüğyan edir: Güclü külək vəziyyəti daha da çətinləşdirir - VİDEO

18 Feb 2026, 11:44 2 baxış
ABŞ-də meşə yanğınları tüğyan edir: Güclü külək vəziyyəti daha da çətinləşdirir - VİDEO
Güclü küləklər fonunda ABŞ-nin Texas və Oklahoma ştatlarında meşə yanğınları tüğyan edir. Oxu.Az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Biver dairəsində xilasedicilər bir neçə yanğın ocağı ilə mübarizə aparırlar.
Məlumata görə, Reyncer-Roudda yanğın geniş sahəni əhatə edib. Alov şimal-şərqə doğru saatda təxminən 5 kilometr sürətlə hərəkət edərək Kanzas ştatına keçib. Həmçinin Texas ştatının Hartli dairəsindən təxminən 2 kilometr şərqdə də yanğın başlayıb. Bir kilometrdən çox ərazi yanıb və hazırda yanğın tamamilə lokallaşdırılıb. Alov quru otların olduğu sahələrdə böyük sürətlə yayılır və bəzi yerlərdə fermalara çatmaq üzrədir. Müəyyən ərazilərdə heyvanlar qaçaraq yanğından canlarını qurtarmağa məcbur qalırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər