Dünya
Floridada hava limanı Trampın adını daşıyacaq
ABŞ-nin Florida ştatının Nümayəndələr Palatası Palm-Biçdəki hava limanına Prezident Donald Trampın adının verilməsini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. "Bu, prezidentin doğma şəhəridir. O, hava limanından cəmi 8 kilometr aralıda yaşayıb" - deyə, qanun layihəsinin həmmüəllifi, Respublikaçılar Partiyasından Nümayəndələr Palatasının üzvü Meq Vaynberger bildirib. Məlumata görə, 81 nəfər qanun layihəsinin lehinə, 30 nəfər isə əleyhinə səs verib.
Mənbə
oxu.az