Dünya
Rusiyada daha bir nazir SAXLANILDI
Rusiyanın Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, nazir fevralın 18-də saxlanılıb. Yerli "Telegram" kanallarının məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Şafikova 2012-ci ildən Başqırdıstanın mədəniyyət naziri vəzifəsində çalışır. O, bundan əvvəl, 2010-cu ildən 2012-ci ilə qədər isə Ufa Dövlət Rəssamlıq Akademiyasına rəhbərlik edib. Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov da saxlanılıb.
Mənbə
oxu.az