Dünya

Nepallı alpinist Everesti iki həftədə dörd dəfə fəth etdi: Ginnesin Rekordlar Kitabına düşdü

18 Feb 2026, 04:08 2 baxış
Nepallı alpinist Everesti iki həftədə dörd dəfə fəth etdi: Ginnesin Rekordlar Kitabına düşdü
Nepallı şerpa alpinist 15 gün ərzində Everest zirvəsinə (8848,86 m) dörd dəfə qalxaraq Ginnesin Rekordlar Kitabına düşüb. Oxu.Az "The Himalayan Times"a istinadən xəbər verir ki, otuz yaşlı Taşi Gyaltsen 2025-ci il, mayın 9-u, 14-ü, 19-u və 23-də Everesti fəth fəth edərək alpinizm tarixinə düşüb.
O, ilk dırmanışını mayın 9-da Everest zirvəsinə marşrut açan ipçəkmə komandasının tərkibində edib. Gyaltsen mayın 14-də təkbaşına, 19-da müştərisinə bələdçilik edərək yenidən zirvəyə çatıb, dördüncü dırmanış isə yenə tək olub.
Nepallı alpinist Everesti iki həftədə dörd dəfə fəth etdi: Ginnesin Rekordlar Kitabına düşdü
Mənbə oxu.az

Oxşar Xəbərlər