Cəmiyyət

Daha bir itkin şəhidin kimliyi müəyyən edildi

18 Feb 2026, 01:30 2 baxış
Daha bir itkin şəhidin kimliyi müəyyən edildi

Daha bir itkin şəhidin dəfn ediləcəyi tarix məlum olub.


Axar.az Trend-ə istinadən xəbər verir ki, indiyədək itkin kimi qeydiyyatda olan Şahin Kərimov (Kərimov Şahin Heydər oğlu) nəşinin kimliyi müəyyən edilib.


Məlumata görə, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsi uğrunda iştirak edib.


Ş.Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü. Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub.


Vida mərasimi fevralın 19-da Mingəçevir şəhərində keçiriləcək. Şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.


Qeyd edək ki, ötən gün də Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər