Dünya

Rusiyada MMA döyüşçüsünə atəş açıldı - Video

18 Oct 2026, 19:24 3 baxış
Rusiyada MMA döyüşçüsünə atəş açıldı - Video
Rusiyanın Vladiqafqaz şəhərinin mərkəzində kütləvi dava baş verib. Münaqişə zamanı atəş açılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mash Gor" "Telegram" kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, "Nikarxo" ləqəbli MMA döyüşçüsü İbrahim İslamov yaralanıb. Onun vəziyyətinin ağır olduğu və xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı bildirilir. Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hüquq-mühafizə orqanları münaqişənin bütün iştirakçılarının şəxsiyyətini müəyyən ediblər. Hadisə ilə əlaqədar 27 yaşlı şəxs saxlanılıb.
Rusiyada MMA döyüşçüsünə atəş açıldı - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər