Cəmiyyət

Neftçala sakinlərinin qaz problemi: "Yandırmağa odun tapa bilmirik" - VİDEO

17 Feb 2026, 19:20 2 baxış
Neftçala sakinlərinin qaz problemi: "Yandırmağa odun tapa bilmirik" - VİDEO
Neftçala rayonunun Şorkənd və Qaraqaşlı kəndlərinin sakinləri acınacaqlı şəraitdə yaşayırlar. Baku TV-nin məlumatına görə, mindən çox əhalisi olan kəndlərin sakinləri illərdir mavi yanacaq üzünə həsrətdirlər.
"Gözümüzü açandan bəri kənddə qaz görməmişik. Yandırmağa odun tapa bilmirik", - deyə sakinlərdən biri bildirib. "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qazlaşdırma proqramı mərhələli şəkildə həyata keçirilir: "Bu proqram SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin maliyyə imkanlarına uyğun olaraq icra edilir. Hazırda Neftçala rayonunun Qaraqaşlı kəndində daşıyıcı və paylayıcı qaz xətləri çəkilir. Şorkənd kəndinin qazlaşdırılması isə növbəti mərhələlərdə nəzərdən keçiriləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər