Cəmiyyət

Binə sakinlərini təngə gətirən məsələ: "Xəstə uşağa təcili yardım çağırırıq, gəlmir" - VİDEO

17 Feb 2026, 17:28 2 baxış
Binə sakinlərini təngə gətirən məsələ: "Xəstə uşağa təcili yardım çağırırıq, gəlmir" - VİDEO
Suraxanı rayonunun Binə qəsəbəsinin 178-ci məhəlləsinin sakinləri yol problemindən əziyyət çəkirlər. Baku TV-yə danışan sakinlərin sözlərinə görə, yağış yağan kimi küçədə hərəkət etmək mümkünsüz olur.
"Uşaqlarımız məktəbə gedə bilmir, evdə xəstə uşağımız var, təcili yardım çağırırıq, gəlmir. Dəfələrlə müraciət etmişik, baxan yoxdur", - deyə sakin narazılığını ifadə edib. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, asfaltlanmaya ehtiyac olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında aidiyyəti qurum - Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanıb. Qeyd olunub ki, yolların asfaltlanması mərhələli şəkildə həyata keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər