Dünya

ABŞ Nigeriyaya əsgər göndərib

17 Feb 2026, 01:48 2 baxış
ABŞ Nigeriyaya əsgər göndərib
Terrorizmlə mübarizədə iştirak etmək üçün 100-ə yaxın ABŞ hərbi qulluqçusu Nigeriyaya çatıb. Oxu.Az bu barədə "Vanguard" qəzetinə istinadən xəbər verir. ABŞ-dən olan mütəxəssislər hərbi-nəqliyyat təyyarəsi ilə Nigeriyanın şimal-şərqindəki Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərinə gətiriliblər. Ümumilikdə 200-ə yaxın hərbi müşavir, analitik və təlimatçının Nigeriya Silahlı Qüvvələrinə antiterror əməliyyatlarının keçirilməsində yardım göstərəcəyi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər