Dünya

Peskov: "Cenevrə danışıqlarında ərazilər məsələsi müzakirə ediləcək"

16 Feb 2026, 15:28 2 baxış
Peskov: "Cenevrə danışıqlarında ərazilər məsələsi müzakirə ediləcək"
"Cenevrədə Ukrayna üzrə danışıqlar Əbu-Dabi raundları ilə müqayisədə daha geniş mövzu spektrini əhatə edəcək. Orada bütün əsas məsələlər, o cümlədən ərazilərə aid olanlar nəzərdən keçiriləcək". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin danışıqlar prosesində iştirakı zəruridir. Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi sabah İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər