Dünya

Ukraynada siqnalizasiyası işə salınan avtomobil PARTLADI - VİDEO

16 Feb 2026, 13:28 2 baxış
Ukraynada siqnalizasiyası işə salınan avtomobil PARTLADI - VİDEO
Ukraynanın Odessa şəhərində avtomobil partlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politika stranı" "Telegram" kanalı məlumat verib. Məlumata görə, avtomobilin sahibi siqnalizasiya sistemini işə saldığı zaman partlayış baş verib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. İlkin versiyaya görə, partlayan avtomobilin sürücüsü, 56 yaşlı kişi yaralansa da, sağ qalıb. O, xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, bir neçə gün əvvəl şəhərdə sərhəd xidməti əməkdaşına məxsus avtomobil partlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər