Dünya

Qırğızıstanda çevriliş iddialarına ölkə liderindən CAVAB

16 Feb 2026, 11:20 2 baxış
Qırğızıstanda çevriliş iddialarına ölkə liderindən CAVAB
"Qırğızıstanda çevriliş üçün heç bir ilkin şərt mövcud deyil". Oxu.Az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində bəyan edib: "Heç bir çevriliş və ya buna bənzər bir şey olmayacaq. Birincisi, qanun bunu nəzərdə tutmur, ikincisi isə belə bir şərait mövcud deyil". Qeyd edək ki, Qırğızıstan liderinə yaxınlığı ilə tanınan Kamçıbek Taşiyev Nazirlər Kabinetinin sədr müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib. Bundan sonra parlament sədri də istefa verib və bir neçə nazir vəzifələrindən uzaqlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər