Dünya
Rusiyada FTX-dən əməliyyat - Nazir saxlanıldı
Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Oxu.Az-ın Ura.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, nazir vəzifə səlahiyyətlərini aşmaqda (sui-istifadə etməkdə) şübhəli bilinir. Həmçinin bildirilir ki, istintaq dövlət müqavilələrinin bağlanması və icrasında yol verilən pozuntularla əlaqəlidir.
Mənbə
oxu.az