Dünya
Tehran ABŞ ilə danışıqların tarixini açıqladı
İran və ABŞ arasında nüvə proqramı ilə bağlı dolayı danışıqların fevralın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda Oman vasitəçi qismində çıxış edəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin "Telegram" kanalında dərc olunmuş bəyanatda bildirilib ki, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqlar fevralın 17-də Omanın vasitəçiliyi ilə keçiriləcək. Qeyd olunub ki, görüşlərdə İranın nüvə proqramı və problemin həlli üçün mümkün addımlar müzakirə ediləcək. Xatırladaq ki, İran və ABŞ arasında danışıqların əvvəlki mərhələsi fevralın 6-da Omanda baş tutub.
Mənbə
oxu.az