Dünya

Nigeriyada terrorçular 32 dinc sakini qətlə yetiriblər

15 Feb 2026, 16:36 2 baxış
Nigeriyada terrorçular 32 dinc sakini qətlə yetiriblər
Terrorçular Nigeriyanın qərbində üç kəndə hücum edərək 32 yerli sakini qətlə yetiriblər. Oxu.Az bu barədə "Arise" telekanalına istinadən xəbər verir. Hadisə ötən gecə Niger ştatının Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Ölənlərin və naməlum istiqamətə aparılan girovların dəqiq sayı hələ müəyyənləşdirilməyib. Telekanal qeyd edir ki, törədilən cinayətlərin dəsti-xətti "Boko Haram" ekstremist qruplaşmasının hücumlarını xatırladır.
Mənbə oxu.az

Oxşar Xəbərlər