Digər
Fransa ABŞ-la birgə əməliyyat keçirdi: 2,4 ton kokain…
Fransa Hərbi Dəniz Qüvvələri ABŞ ilə birgə əməliyyat zamanı Sakit okeanda bir gəmidən 2,4 ton kokain müsadirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Fransa Polineziyasındakı Ali Komissiya məlumat yayıb.
"100 bağlama narkotik maddə ələ keçirilib. Əməliyyat ABŞ hökumət qurumlarının əməkdaşlığı ilə həyata keçirilib", - məlumatda bildirilib.
Qeyd edək ki, bəyanatda gəminin bayrağı və ya mənşə yeri göstərilməyib. Son bir ay ərzində Fransa hakimiyyəti Polineziya ətrafında təxminən 12 tona yaxın kokain müsadirə edib.
Mənbə
axar.az