Digər
Hindistan İsraildən 8,6 milyard dollarlıq silah alır
Hindistan 2026-cı ildə İsraildən 8,6 milyard dollar dəyərində silah sifariş edib.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Paketə “Rafael” şirkətinin “SPİCE 1000” müşahidə komplektləri, “Elbit” şirkətinin “Rampage” hava-yer raketləri, eləcə də İAİ şirkətinin istehsalı olan AİR LORA hipersəs və “İce Breaker” qanadlı raketləri daxildir. Bu, Hindistan tarixində üçüncü ən böyük silah sazişidir”, - nəşr bildirib.
Mənbə
axar.az