Digər

Rusiya yox, Ukraynadan güzəşt istəyirlər - Zelenski

14 Feb 2026, 22:02 2 baxış
Rusiya yox, Ukraynadan güzəşt istəyirlər - Zelenski

Biz həqiqətən ümid edirik ki, gələn həftə keçiriləcək üçtərəfli görüşlər ciddi və hamımız üçün faydalı olacaq. Amma düzünü desəm, bəzən elə hiss yaranır ki, tərəflər tamamilə fərqli mövzulardan danışırlar.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında deyib.


Zelenski Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müttəfiqlərini həm daha sərt sanksiyalar tətbiq etmək, həm də silah tədarükünü artırmaq yolu ilə addımlar atmağa çağırıb.


“ABŞ tez-tez güzəştlər mövzusuna qayıdır və bu güzəştlər çox vaxt Rusiya yox, Ukrayna kontekstində müzakirə olunur”, - deyə Zelenski əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər