Siyasət
Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib. Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib. "İndoneziyada insan tələfatı və xəsarətlərlə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin zamanda İndoneziya xalqının yanındayıq", - deyə paylaşımda qeyd olunub.
Mənbə
oxu.az