Dünya
İndoneziyada gün ərzində üçüncü güclü zəlzələ baş verib
İndoneziya sahillərində 6,0 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Sulavesi adasındakı Palu şəhərindən 128 kilometr şimalda yerləşib. Şəhərdə təxminən 282 min nəfər yaşayır. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. Bundan əvvəl regionda daha iki yeraltı təkan qeydə alınıb: seysmoloqlar Labuan-Baco şəhərindən 161 kilometr şimal-şərqdə 7,7 maqnitudalı, həmçinin Sumatra adasında 6,9 maqnitudalı zəlzələ qeydə alıblar.
Mənbə
oxu.az