Digər

Tramp vəd verib, ABŞ hücum etməlidir - Pəhləvi

14 Feb 2026, 20:09 2 baxış
Tramp vəd verib, ABŞ hücum etməlidir - Pəhləvi

Sonuncu İran şahının oğlu Rza Pəhləvi Münhen Təhlükəsizlik Konfransının qeyri-rəsmi görüşündə ABŞ Prezidenti Donald Tramp administrasiyasını İranla danışıqları çox uzatmamağa və hərbi müdaxilə etməyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


“Danışıqların faydası yoxdur. Buna görə də ABŞ-ın müdaxiləsinin və Prezident Trampın İran xalqına dəstək göstərməsi ilə bağlı verdiyi vədi yerinə yetirməsinin vaxtıdır. Müdaxilə həyatları xilas etməyin bir yoludur”, - deyə Pəhləvi bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər