Digər

"Səmada saniyə yox, bir an belə həyatı dəyişir" - Hərbi pilotla EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

14 Feb 2026, 11:38 2 baxış
"Səmada saniyə yox, bir an belə həyatı dəyişir" - Hərbi pilotla EKSKLÜZİV VİDEOMÜSAHİBƏ
"İlk uçuşum "L-39" tipli təyyarədə olub. Həmin an çox qəribə hisslər keçirmişdim. Baxırsan hər tərəfə - havadasan, sağında-solunda kimsə yoxdur". Bu fikirləri Hərbi Hava Qüvvələri Günü münasibətilə Oxu.Az-a müsahibəsində hərbi pilot deyib.
Müsahibədən maraqlı məqamları təqdim edirik: O bildirib ki, səmada olmaq çox qürurvericidir: "İlk uçuş olduğuna görə həm də qorxu hissi olur. Amma insan həmin hissi yenməyi bacarır. 2011-ci ildə zabit kimi məzun olanda pilotluq peşəsini helikopterdə davam etdirdim. Pilotluq işi romantikadır. Sevmək üçün aşiq olmaq lazımdır. Aşıq olmaq üçün də mütləqdir ki, o texnikanı mənimsəyəsən. Mülki pilotluq eşqdirsə, hərbi pilotluğun içində həm eşq, həm də vətənpərvərlik var".
Pilot başlarına gələn təhlükəli anlardan da danışıb: "Zəif və ağır nasazlıqlar var. Bəzən ola bilər ki, qərar qəbuletmə anları biz az uzansın. Amma bəzən bir saniyə yox, bir anın belə insan həyatına təsiri var. Biz Türkiyəyə təlimə uçan zaman hazırkı komandirimiz, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Nadirovla birlikdə Qara dənizin üzərində helikopterimizin bir mühərriki işləmədi və həmin an ani qərar verib, yer seçib, endik. Özümüz də sağ qaldıq, helikopterə də heç nə olmadı".
Vətən müharibəsinin iştirakçısı döyüşlərdə baş verən hadisələri də eksklüziv olaraq açıqlayıb.
{{gallery}} Məlik Məlikov Video: Əqdəm Qasımov
"Səmada saniyə yox, bir an belə həyatı dəyişir" - Hərbi pilotla EKSKLÜZİV VİDEOMÜSAHİBƏ "Səmada saniyə yox, bir an belə həyatı dəyişir" - Hərbi pilotla EKSKLÜZİV VİDEOMÜSAHİBƏ
Mənbə oxu.az

Oxşar Xəbərlər