Digər
YAP-ın Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub
Fevralın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının yaradılmasının 33 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları Mixail Zabelin, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Nurlan Qələndərli, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Daha sonra Dövlət Himni səsləndirilib və partiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Çıxışlarda bildirilib ki, YAP yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Tədbirin yekununda fəal partiya üzvləri fəxri fərmanla təltif olunublar, yeni üzvlərə partiya vəsiqələri təqdim edilib. Toplantı bədii hissə və partiyanın himninin səsləndirilməsi ilə başa çatıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az