Digər

Rubio Çinin XİN başçısı ilə görüşdü

14 Feb 2026, 10:59 2 baxış
Rubio Çinin XİN başçısı ilə görüşdü

Çinin xarici işlər naziri Vanq Yi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.


Axar.az xəbər verir ki bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian məlumat yayıb.


Tərəflər müxtəlif sahələrdə dialoq və əməkdaşlığı gücləndirmək və Çin-ABŞ münasibətlərinin davamlı inkişafını təşviq etmək barədə razılığa gəliblər.


“Hər iki tərəf bərabərlik, hörmət və qarşılıqlı fayda prinsiplərinə əməl etdiyi müddətcə Çin və ABŞ bir-birinin narahatlıqlarını həll etmək və fikir ayrılıqlarını düzgün idarə etmək üçün yollar tapa biləcəklər”, - Çin rəsmisi qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər