Digər
Rusiyada dəhşətli yanğın: Ana və dörd övladı həlak oldu
Rusiyanın Xabarovsk vilayətinin Kukan kəndindəki evlərdən birində yanğın nəticəsində ana və dörd uşağı həlak olublar.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, fevralın 14-də gecə saatlarında Kukan kəndinin Novaya küçəsində yerləşən fərdi ev alovlanıb:
"İlkin məlumata görə, yanğın nəticəsində beş nəfər - bir qadın və dörd uşağı ölüblər. Uşaqlardan üçü azyaşlıdır".
Hadisə ilə bağlı istintaq aparılır.
Mənbə
axar.az