Digər
Rusiyadan İsrailə xəbərdarlıq: Özbaşına hücumlar...
Rusiya İsrailin Suriya ərazisindəki hərbi əməliyyatlarına reaksiya verib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Moskva administrasiyası bu əməliyyatların bölgədəki sabitliyi təhdid etdiyini bildirib.
“İsrail Suriya ərazisinə özbaşına hücumlar həyata keçirir. Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunması vacibdir. İsrailin bu addımları beynəlxalq hüququ pozur. Rusiya bölgədə baş verən hadisələri yaxından izləyir”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az