Dünya

Sakit okeanda güclü zəlzələ baş verdi

14 Feb 2026, 09:10 2 baxış
Sakit okeanda güclü zəlzələ baş verdi
Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Port-Olri şəhərindən 59 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İtki və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər