Digər
Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
Rusiya silahlı qüvvələrinin Kiyevə və Ukraynanın digər bölgələrinə endirdiyi zərbələr gücləndiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Vladimir Zelenskinin verdiyi bəyanatdan sonra Rusiya ordusunun Kiyev və Ukraynanın digər bölgələrindəki hərbi və müdafiə-sənaye obyektlərinə, eləcə də onlarla əlaqəli infrastruktura endirdiyi zərbələr intensivləşdiriləcək", - məlumatda bildirilib.
Qeyd edək ki, Zelenski Rusiyanın neft strukturuna zərbələri ikiqat artıracaqlarını elan edib.
Mənbə
axar.az