Dünya

ABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri vurdu - Ölənlər var

14 Feb 2026, 09:30 2 baxış
ABŞ ordusu Karib dənizində narkotik daşıyan kateri vurdu - Ölənlər var
ABŞ ordusu Karib dənizində narkotik daşıdığı iddia edilən katerə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı məlumat yayıb.
Qeyd olunur ki, kəşfiyyat məlumatlarına əsasən katerin məlum narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət etdiyini təsdiqlənib. Əməliyyat zamanı üç nəfər öldürülüb. ABŞ hərbçilərindən xəsarət alan olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər