Digər

BRİKS hərbi ittifaqa çevriləcək? - Rusiyadan açıqlama

14 Feb 2026, 09:11 2 baxış
BRİKS hərbi ittifaqa çevriləcək? - Rusiyadan açıqlama

BRİKS hərbi ittifaq deyil.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a verdiyi müsahibədə bildirib.


“Sizə xatırlatmaq istəyirəm ki, BRİKS hərbi ittifaq deyil. Qarşılıqlı hərbi yardım öhdəlikləri olan kollektiv təhlükəsizlik təşkilatı da deyil. O, heç vaxt bu ruhda yaradılmayıb və BRİKS-i bu istiqamətdə dəyişdirmək planları da yoxdur”, - deyə o qeyd edib.


Ryabkov əlavə edib ki, Cənubi Afrikada keçirilən son hərbi dəniz təlimlərində BRİKS ölkələri öz milli imkanları ilə iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər