Digər

Süni intellekt müstəqil qərar verə bilər? - İKT mütəxəssisi nələri açıqladı? - VİDEO

14 Feb 2026, 01:40 2 baxış
Süni intellekt müstəqil qərar verə bilər? - İKT mütəxəssisi nələri açıqladı? - VİDEO
Süni intellekt sənayesinin ilhamvericiləri həyəcan təbili çalırlar. Belə vasitələrin sürətli inkişafı və özlərinin yeni məhsullar yaratmaq potensialı dünya üzrə mütəxəssislərin narahatlığına səbəb olub.
"Axios" məlumat verir ki, "OpenAI" və digər buna bənzər şirkətlərin əməkdaşları hətta etiraz əlaməti olaraq istefaya gedirlər. ABŞ-nin "Anthropic" şirkəti süni intellektin kimyəvi silahların inkişafı da daxil olmaqla, ağır cinayətlərin hazırlanmasında istifadə olunma riskini göstərən hesabat dərc edib. Hesabatda süni zəkadan insan müdaxiləsi olmadan, tamamilə avtonom şəkildə istifadənin riskləri araşdırılıb. Sənəddə belə texnologiyaların kimyəvi silahların hazırlanmasına kömək etdiyi, insanların müdaxiləsi olmadan icazəsiz elektron poçtlar göndərdiyi və istifadəçilərin manipulyasiyasında iştirakı halları öz əksini tapıb. Bəs belə hesabatların həqiqət payı nə qədərdir? Mövzu ilə bağlı İKT mütəxəssisi Fərid Pərdəşünasın Baku TV-yə bildirib: "İnsanlar nəyi necəsə pis yarada bilirsə, məsələn, nüvə silahını yarada bilirsə və ya hər hansı bir bioloji xəstəliyi özü laborator şəraitdə yarada bilirsə, süni intellekt də bunu niyə yaratmasın? Götürülən modeli təkmilləşdirməklə ona pis vərdişlər aşılamaq olar".
Mənbə oxu.az

Oxşar Xəbərlər