Dünya

Fridrix Merts: "Almaniya hegemoniya siyasətinə bir daha heç vaxt qayıtmayacaq"

14 Feb 2026, 00:32 2 baxış
Fridrix Merts: "Almaniya hegemoniya siyasətinə bir daha heç vaxt qayıtmayacaq"
"Almaniya keçmişindən dərs çıxarıb və Avropada dominantlıq ideyasını qəti şəkildə rədd edib". Oxu.Az-ın RBC-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Fridrix Merts 62-ci Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. "Almaniya üçün Avropada böyük güc siyasəti formatı qəbuledilməzdir. Biz hegemon ambisiyaları yerinə tərəfdaş liderliyini seçirik. Almanlar bir daha heç vaxt təcrid olunmuş şəkildə hərəkət etməyəcəklər. Bu, tariximizdən silinməyəcək bir dərsdir. Biz azadlığımızı yalnız qonşularımız, müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə müdafiə edirik", - deyə Almaniya hökumətinin başçısı vurğulayıb. F.Merts böyük güc strategiyasını əvvəlcə kiçik ölkələri və uzunmüddətli perspektivdə, böyük ölkələri də təhdid edəcək "təhlükəli oyun" kimi təsvir edib. Kansler əlavə edib ki, Avropa ilə ABŞ arasında dərin uçurum yaranıb. "Lakin qlobal rəqabət kontekstində hətta Vaşinqton belə bütün çətinliklərin öhdəsindən təkbaşına gələ bilmir, ona görə də NATO hər iki tərəf üçün rəqabət üstünlüyünə çevrilə bilər", - Merts bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər