Cəmiyyət

Bəzi ərazilərdə qaz kəsiləcək!

13 Feb 2026, 21:06 2 baxış
Bəzi ərazilərdə qaz kəsiləcək!

Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti məhdudiyyətlər olacaq.


Axar.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin məlumatında deyilir.


Bildirilib ki, qaz ölçü qovşağında mövcud “baypas” xəttinin təmiri ilə əlaqədar qaz nəqli dayandırılacaq. Bu səbəbdən fevralın 17-si saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Mingəçevir” Qaz Paylayıcı Stansiyasından qidalanan Mingəçevir şəhərinin mərkəzi və üç qəsəbəsində 30 269 əhali və 521 qeyri-əhali abonentinin qaz təminatı kəsiləcək.


Həmçinin Yevlax rayonunun Tanrıqulular, Hürüşağı və Boşçalı kəndlərində yaşayan 831 abonentə də qazın verilişi müvəqqəti dayandırılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər